
Çexiya 81-ci Qələbə Günü şənlikləri üçün Moskvaya gedən Slovakiya Baş naziri Robert Fitsonun təyyarəsinin üzərindən uçuş icazəsi verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü Adam Çerge məlumat verib.
“Slovakiya tərəfi Çexiya Respublikasına Fitsonun təyyarəsinin üzərindən uçuş icazəsi üçün standart sorğu göndərib və bu, dərhal təmin edilib”, - XİN sözçüsü bildirib.
Qeyd edək ki, Slovakiya Baş naziri, əvvəllər elan etdiyi kimi, 9 mayda Naməlum Əsgərin Məzarına gül qoymağı və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Estoniya, Litva, Latviya və Polşa Rusiya paytaxtında keçiriləcək şənliklər üçün Fitsonun təyyarəsinin öz əraziləri üzərindən uçuşunu qadağan edib.
Tətbiqimizi yükləyə bilərsiniz