
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə mümkün razılaşma üçün irəli sürdüyü şərtlərlə razılaşa bilməyəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə deyib.
“Onlar mənim razılaşa bilməyəcəyim bir şey istəyirlər”, - Amerika lideri Vaşinqtonun nədən narazı qaldığını sualına cavabında deyib.
Qeyd edək ki, daha öncə İRNA xəbər agentliyi bildirib ki, İran Tehran və Vaşinqton arasında danışıqlarda vasitəçi olan Pakistana uzunmüddətli atəşkəs müzakirəsi üçün yeni təklifin mətnini təqdim edib.
Tətbiqimizi yükləyə bilərsiniz