
ABŞ Avropa İttifaqından minik və yük maşınlarına idxal rüsumlarını 25%-ə qədər artıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.
Onun sözlərinə görə, artım gələn həftə, 4-10 may tarixlərində baş verəcək. Tramp bu qərarını onun fikrincə, Aİ-nin ABŞ ilə əvvəllər bağlanmış ticarət müqaviləsinin şərtlərinə əməl etməməsi ilə izah edib. O, Aİ-nin hansı şərtlərə əməl etmədiyini dəqiqləşdirməyib.
Tramp əlavə edib ki, yeni tariflər ABŞ-də istehsal olunan Avropa minik və yük maşınlarına şamil edilməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz