
İran Pakistan vasitəçilərinə ABŞ ilə danışıqlar üçün yeni bir təklif təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran dövlət xəbər agentliyi IRNA məlumat yayıb.
Agentlik təklifin təfərrüatlarını açıqlamayıb. Lakin, “Reuters” qeyd edir ki, bu xəbərin dərc olunmasından sonra Yaxın Şərqdə müharibənin başlamasından bəri kəskin şəkildə artan qlobal neft qiymətləri aşağı düşüb.
Vaşinqtonun Tehranın təklifini alıb-almadığı məlum deyil.
İran və ABŞ arasında aprelin əvvəlindən atəşkəs qüvvədədir. Lakin iki tərəf arasında danışıqlar çıxılmaz vəziyyətə düşüb: onlar İranın nüvə proqramı və Hörmüz boğazında naviqasiya azadlığı da daxil olmaqla, münaqişədəki heç bir əhəmiyyətli məsələdə razılığa gələ bilməyiblər.
Tətbiqimizi yükləyə bilərsiniz