
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Yeniavaz.com XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.
Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***16:07
Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Abbas Əraqçi telefonla Yaxın Şərqdəki cari vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu gün səhər saatlarında Əraqçinin türkiyəli həmkarı və Yaxın Şərqin bir sıra ölkələrinin - Misir, Qətər, Səudiyyə Ərəbistanı və İraqın XİN başçıları ilə də telefon danışıqları baş tutub.
Məlumata görə, bu əlaqələr çərçivəsində Əraqçi həmkarlarına İranın ABŞ və İsrail tərəfindən ölkəsinə qarşı hərbi əməliyyatların dayandırılmasına yönəlmiş son mövqeləri və təşəbbüsləri barədə məlumat verib.
Tətbiqimizi yükləyə bilərsiniz