
ABŞ Prezidenti Donald Tramp İran milli futbol komandasının qarşıdan gələn 2026-cı il Dünya Kubokunda iştirak etməsinə etiraz etmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Ağ Ev müxbirləri ondan FIFA prezidenti Canni İnfantinonun təşkilatın Vankuverdə keçirilən konqresində İran milli komandasının Dünya Kubokunda iştirak edəcəyi ilə bağlı fikirlərinə münasibət bildirməsini xahiş ediblər.
“Əgər Canni belə deyibsə, onda mənim etirazım yoxdur”, - deyə Amerika administrasiyasının rəhbəri bildirib.
Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino İran milli futbol komandasının 2026-cı il Dünya Kubokunda iştirak edəcəyini bildirib. O bu barədə Vankuverdə keçirilən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Konqresində qeyd edib.
Xatırladaq ki, turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək və oyunlar ABŞ, Meksika və Kanadada baş tutacaq. Yarışda ilk dəfə qırx səkkiz komanda iştirak edəcək. İran qrup mərhələsinin hər üç oyununu ABŞ-də keçirəcək. İran komandası Belçika, Misir və Yeni Zelandiya ilə bir qrupda yer alır.
Tətbiqimizi yükləyə bilərsiniz