İnfantino yenidən FİFA prezidentliyinə namizədliyini irəli sürəcək


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilatın növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Vankuverdə keçirilən FIFA Konqresində bildirib.
İnfantino FIFA prezident seçkiləri dövrünün aprelin 30-da başladığını və FIFA prezident seçkilərində namizədlərdən birinin də o olacağını qeyd edib.
Qeyd edək ki, FİFA prezident seçkiləri 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək.
Xatırladaq ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib. O, təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən isveçrəli prezident Yozef Blatterin yerinə keçib. Təşkilatın nizamnaməsi vəzifədə olma müddətini üç dörd illik müddətlə məhdudlaşdırır. Lakin 2022-ci ildə FIFA Şurası İnfantinonun prezident kimi ilk müddətini, yəni 2016-cı ildən 2019-cu ilə qədər olan müddətini nəzərə almamaq qərarına gəlib. Beləliklə, İnfantinonun dördüncü müddəti onun üçüncü müddəti olacaq və qalib gələcəyi təqdirdə səlahiyyət müddətini 15 ilə qədər uzadacaq. O, 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə yeganə namizəd olub.

DİGƏR XƏBƏRLƏR

Top