İstirahət və əyləncə üçün Azərbaycana gələn turistlərin sayı 15% azalıb


Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrdən Azərbaycana 484 min 388 nəfər əcnəbi səfər edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 305 min 41 nəfəri və ya 63%-i ölkəyə turizm məqsədilə gəlib.
Qeyd edək ki, Azərbaycana səfər edən xarici turistlərin yarıdan çoxu – 174 min 647 nəfəri ölkəyə istirahət və əyləncə məqsədilə gəlib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə istirahət və əyləncə məqsədilə ölkəyə 205 min 87 əcnəbi turist gəlib.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, bu ilin ilk 3 ayında istirahət və əyləncə məqsədi ilə Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30 min 440 nəfər və ya 15% azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top