“Fənərbağça” Salahla danışıqlar aparır


“Liverpul” klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salah karyerasını Türkiyə liqasında davam etdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Spor” telekanalı məlumat yayıb.
Telekanalın məluımatına görə, Türkiyənin ”Fənərbağça” klubu oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Telekanal bildirir ki, klubun rəhbərliyi artıq oyunçunun agentləri ilə iki görüş keçirib. Danışıqlarda İstanbul klubunu “Fənərbağça”nın idarə heyətinin üzvü Ertan Torunoğulları təmsil edib. Misirlinin agentləri futbolçu üçün ildə 20 milyon avro tələb edib. Tərəflər həmçinin üçüncü görüş barədə razılığa gəliblər.
Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Lakin oyunçu artıq mövsümün sonunda İngiltərə komandasından ayrılacağını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top