Şəmkirdə 5 ton kartof yola dağıldı

Şəmkir rayonunda yük avtomobili qəzaya uğrayıb.

Hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun 386-cı kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Ağcəbədi rayon sakini, 1968-ci il təvəllüdlü Cabir Mövsümovun idarə etdiyi "QAZ-53" markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü ciddi xəsarət almasa da, avtomobilin yük yerində olan 5 tona yaxın kartof yola dağılıb. Avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Məlumata görə, C.Mövsümov kartofu Bakı şəhərinə aparırmış.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

DİGƏR XƏBƏRLƏR

Top