
Britaniya təhlükəsizlik xidmətləri Birləşmiş Krallıqda terror təhlükəsi səviyyəsini “əhəmiyyətli”dən “ciddi”yə (mümkün olan 5-dən 4-cü) qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Birgə Terrorizm Təhlili Mərkəzi açıqlamaya yayıb.
“Birləşmiş Krallıqda (İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya) terrorizmin bütün formalarından gələn təhlükə “ciddi”dir”, - məlumatda deyilir.
“Ciddi” terror təhlükəsi səviyyəsi növbəti altı ay ərzində hücumların mümkün olduğu anlamına gəlir. Təhdid səviyyəsinin artırılması qərarına son aylarda Birləşmiş Krallıqda islamçı və ifrat sağçı qrupların artan fəaliyyəti təsir edib.
Qeyd edək ki, təhdid səviyyəsi aprelin 29-u Londonun şimalında baş verən və terror hücumu kimi təsnif edilən antisemit hücumdan sonra artırılıb. Metropoliten Polisi Londonun şimalındakı böyük bir yəhudi icmasının yaşadığı “Golders Green” bölgəsindəki bıçaqlı hücumun Somalidə anadan olmuş Britaniya vətəndaşı tərəfindən törədildiyini bildirib. Hadisə nəticəsində iki kişi, 34 yaşlı Şloyme Rand və 76 yaşlı Moşe Şain yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri sabitdir.
Tətbiqimizi yükləyə bilərsiniz