
Pentaqonun 2027-ci maliyyə ili üçün büdcə layihəsində Ukraynaya hərbi yardım üçün heç bir maliyyələşdirmə nəzərdə tutulmayıb.
Yeniavaz.com xəbər verir ki, bunu Pentaqonun maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Hörst Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsi zamanı deyib.
“Bu doğrudur. Bu büdcəyə USAI (Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü) üçün maliyyələşdirmə daxil deyil”, - o, bildirib.
Hörst bunu ABŞ Müdafiə Nazirliyinin qarşıdan gələn maliyyə ili üçün bu yaxınlarda açıqlanan büdcə tələbini şərh edərkən bildirib.
Eyni zamanda, o, Pentaqonun tezliklə Konqres tərəfindən əvvəllər təsdiq edilmiş Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım paketindən istifadə etməyə başlayacağını bildirib:
“Bu vəsaitlər çox yaxınlarda ayrılıb. Bildiyim qədəri ilə, biz bu vəsaitləri mart ayında almışıq. Pulun nazirliyə çatması vaxt aparacaq. Lakin onlar çox tezliklə istifadə olunacaq. Bu vəsaitlərin mümkün qədər düzgün istifadə olunmasını təmin etmək üçün Avropa Komandanlığının rəhbəri Aleks Qrinkeviçlə birlikdə çalışacağıq”.
Tətbiqimizi yükləyə bilərsiniz