“Neftçi” “Qarabağ”ı məğlub etdi − “Sabah” çempion oldu


Misli Premyer Liqasının 21-ci turu çərçivəsində təxirə salınmış “Neftçi” − “Qarabağ” görüşü baş tutub.
Yeniavaz.com
xəbər verir ki, “Palms Sports Arena”da keçirilən matç “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb.
2:1 hesabı ilə bitən görüşdə meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.
Bununla da, “Sabah” Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
Belə ki, 29 oyundan sonra 59 xalla ikinci sırada yer alan “Qarabağ”ın 72 xalla lider olan “Sabah”a çatmayacağı dəqiqləşib.

DİGƏR XƏBƏRLƏR

Top