Makron Ermənistana gedir


Fransa Prezidenti Emmanue Makron mayın 3-dən 5-dək Ermənistan Respublikasına səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, səfəri çərçivəsində Fransa prezidenti əvvəlcə mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.
Emmanuel Makronun Ermənistan Respublikasına dövlət səfəri mayın 5-də başlayacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa prezidenti əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibli görüş keçirəcəklər.
Sənədlərin imzalanması mərasimindən sonra Nikol Paşinyan və Emmanuel Makron mediaya açıqlamalar verəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top