
İstehsalın dayandırılmasından on doqquz il sonra “Nissan” məşhur “Primera” modelini qaytarır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Carscoops” məlumat yayıb.
Bildirilib ki, bu dəfə əfsanəvi ad klassik Avropa sedanını deyil, Çində istehsal olunmuş müasir tam ölçülü elektrik avtomobilini bəzəyəcək.
Məlumata görə, modelin geri dönüşü haqqında məlumat Filippinin Energetika Nazirliyinə təqdim edilən rəsmi ərizədə yer alıb.
Yeni “Nissan Primera” yalnız elektrik enerjisi ilə işləyəcək.
Hökumət sənədlərinə görə, avtomobilin uzunluğu 4930 mm, təkər bazası isə 2915 mm-dir ki, bu da onu məşhur “Toyota Camry”dən daha böyük edir.
Tətbiqimizi yükləyə bilərsiniz