
Dağıstan rəhbəri Sergey Melikov respublikadakı səlahiyyət müddətini başa vurur.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dağıstan nümayəndələri ilə görüşdə elan edib.
“Respublikanın hazırkı rəhbəri Sergey Alimoviç Melikov sentyabr ayında səlahiyyət müddətini başa vurur. O, çox şeyə nail olub. Və biz buna görə ona minnətdarıq. Amma o, başqa işə keçir və həyat davam edir”, - Putin bildirib.
Putin Dağıstan nümayəndələrinin təklifini dəstəkləyib və Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şekinin respublikanın yeni rəhbəri olub. 49 yaşlı Şekin Nijni Novqorod vilayətində anadan olub və 2024-cü ilin fevral ayında Dağıstan Ali Məhkəməsinin sədri olub.
Putin həmçinin Maqomed Ramazanovun respublikanın Baş naziri vəzifəsinə namizədliyini dəstəkləyib. Ramazanov hazırda Prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə Səlahiyyətli Elçisinin müavini vəzifəsində çalışır.
Sergey Melikov Dağıstana 2020-ci ilin oktyabr ayından bəri rəhbərlik edir. Aprelin əvvəlində istefası ilə bağlı şayiələrə cavab olaraq Melikov özünü “Ali Baş Komandanın əsgəri” adlandırdı və əmr etdiyi yerdə olacağını qeyd etdi.
Putin Sergey Melikovun istefasını yazda Dağıstanda baş verən daşqınlar fonunda elan etdi. Aprelin əvvəlində respublikada baş verən daşqınlar şəhər və kəndlərdə evləri su altında qoyub, su və elektrik kəsintilərinə, həmçinin dağlarda uçqunlara və altı nəfərin ölümünə səbəb oldu.
Tətbiqimizi yükləyə bilərsiniz