“ABŞ İrana qarşı hipersəs silahlardan istifadə edə bilər” − “Bloomberg”


ABŞ Mərkəzi Komandanlığı İrana qarşı mümkün istifadə üçün Yaxın Şərqə “Dark Eagle” hipersəs raketlərinin yerləşdirilməsini istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, təsdiqlənərsə, bu, ABŞ-nin hipersəs raketlər yerləşdirdiyi ilk hal olacaq. Mənbə qeyd edib ki, Mərkəzi Komandanlıq bu istəyini İranın buraxılış qurğularının mənzili 300 mildən (təxminən 482 km) çox olan ballistik raket olan “Precision Strike” raketinin mənzilindən kənara çıxarılmasına istinad etməklə əsaslandırıb. Mənbə əlavə edib ki, İrana qarşı əməliyyatda hipersəs silahların yerləşdirilməsi ilə bağlı qərar hələ verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top