Sumqayıtda 5 min abonentin suyu olmayacaq


Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.
Bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top