
Prezident İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri vəzifəsini icra edən Anjela Makeyeva feysbuk hesabında məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar şəhər şurasının bu gün keçirilən iclasında qəbul edilib:
“Bir icma olaraq, bizi Azərbaycan xalqı və şəxsən Prezident Əliyevlə uzun bir dostluq və tərəfdaşlıq tarixi bağlayır. Əməkdaşlıqdan əlavə, bizi sıx mədəni və tarixi əlaqələr və ortaq sülh arzusu birləşdirir”.
Qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Azərbaycan şəhərə hərtərəfli dəstək veriblər:
“Azərbaycan hökumətinin köməyi ilə “Dilçi” liseyini və şəhər poliklinikasını bərpa etdik və çox tezliklə Prezidentlərimizin son görüşü zamanı təhvil verilmiş yeni elektrik avtobusları İrpinə gələcək.
Beləliklə, biz də Prezidentin şəxsində bu fəxri adı İrpin icmasını səmimi qəlbdən dəstəkləyən və Ukraynanın qələbəsinə inanan bütün Azərbaycan xalqına həsr edirik! Qərara görə parlament orqanına təşəkkür edirik! Daimi köməyinizə və tərəfdaşlığımızın davamlı inkişafına görə Prezident İlham Əliyevə, hökumətə, Azərbaycan xalqına və Ukraynadakı diaspora təşəkkür edirik”.
Tətbiqimizi yükləyə bilərsiniz