Alvareş Messini geridə qoydu


“Atletiko Madrid” klubunun hücumçusu Xulian Alvareş UEFA Çempionlar Liqasında 41 oyunda 25 qol vuran tarixdə ən sürətli cənubi amerikalı oyunçu olub.
Yeniavaz.com
“Opta Sports”a istinadla xəbər verir ki, Alvareş bu göstərici ilə 42 oyunda bu göstəriciyə nail olan “İnter Mayami” klubunun hücumçusu Lionel Messini geridə qoyub.
UEFA Çempionlar Liqası yarımfinalının “Arsenal” klubu ilə ilk oyununda Alvareş 56-cı dəqiqədə penaltini qola çevirərək, hesabı bərabərləşdirib. Oyun 1-1 hesabı ilə başa çatıb.
Komandalar arasında cavab oyunu 5 may tarixində Londondakı “Emirates” stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top