
İranla bağlı münaqişə nəticəsində 160 ölkədə 30 milyondan çox insan yoxsulluq həddi ilə üzləşə bilər.
Yeniavaz.com AFP-yə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) administratoru Aleksander De Kroo bildirib.
“Altı həftəlik müharibədən sonra bir araşdırma apardıq və hesablamalarımıza görə, müharibə indi bitsə belə, 160 ölkədə 32 milyon insan yoxsulluq həddinə düşəcək”, - deyə o bildirib.
BMT İnkişaf Proqramının məlumatına görə, İran üzərindəki münaqişə və nəticədə yaranan enerji böhranı fonunda yoxsulluq problemi xüsusilə Saharaaltı Afrikaya, eləcə də Banqladeş və Kamboca kimi bəzi Asiya ölkələrinə təsir edəcək.
Proqramda yoxsulluq həddinin qarşısını almaq üçün ən azı 6 milyard dollar enerji və ərzaq subsidiyalarına ehtiyac olduğu təxmin edilir.
Tətbiqimizi yükləyə bilərsiniz