ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya yaratmaq istəyir – WSJ


ABŞ administrasiyası Hörmüz boğazından gəmilərin hərəkətini təmin etmək üçün digər ölkələri yeni beynəlxalq koalisiyaya qoşulmağa dəvət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin mənbələri bildirib ki, ABŞ Dövlət Departamenti bu təşəbbüs barədə məlumatı Amerika səfirliklərinə göndərib və diplomatik missiya işçilərindən xarici hökumətləri ona qoşulmağa inandırmalarını istəyib.
Nəşrin mənbələrinə görə, xarici ölkələr ABŞ-nin diplomatik və ya hərbi tərəfdaşları olmağa dəvət olunur.
Nəşrin yazdığına görə, buna baxmayaraq, koalisiya hərbi xarakter daşımayacaq. Onun üzvləri məlumat mübadiləsi aparacaq, diplomatik səyləri əlaqələndirəcək və sanksiyaların tətbiqinə nəzarət edəcəklər.
Qeyd edək ki, ABŞ bundan əvvəl Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ölkələrin planlaşdırılan beynəlxalq koalisiyaya qoşulmasını təklif etmişdi.
Mart ayının ortalarında ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından neft alan ölkələrin ticarət gəmilərinin keçidini təmin etməli olduğunu elan etmiş və Birləşmiş Krallıq, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanı da buna çağırmışdı.
Lakin ABŞ mediasının xəbər verdiyi kimi, ABŞ-nin bu təşəbbüsü uğursuz olub. Prezident daha sonra Vaşinqtonun İran məsələsində köməyə ehtiyacı olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top