
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavininin Ermənistana səfərinə münasibət bildirib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında qarşılıqlı səfərləri tarixi adlandırıb.
“Düşünürəm ki, çox vacib bir hadisə baş verib. İki ölkənin baş nazir müavinlərinin səfərlərini sülh və onun institusionallaşması baxımından tarixi səfərlər hesab edirəm. Bu nöqtəyə çatdığımıza görə çox şadam”, - Ermənistan hökumətinin başçısı bildirib.
Qeyd edək ki, aprelin 29-da iki ölkənin baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan və Azərbaycan sərhəd delimitasiya komissiyaları Ağverəndə danışıqlar aparıblar. Tərəflər delimitasiya işinin təşkilati və texniki aspektlərini müzakirə ediblər. Danışıqlarda prosesi tənzimləyən təlimat layihələrinin mübadiləsi aparılıb.
Delimitasiya komissiyalarının növbəti iclası Azərbaycanda keçiriləcək. İclasın keçirilməsi ilə bağlı tarix daha sonra razılaşdırılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz