
Dörd aparıcı texnologiya şirkəti “Amazon”, “Meta”, “Microsoft” və “Alphabet” (“Google”un ana şirkətidir) 2026-cı ildə süni intellekt (Sİ) texnologiyalarına 725 milyard dollar xərcləməyə hazır olduqlarını bildiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, 2025-ci ildə rekord həddə çatan 410 milyard dollardan 77% çoxdur.
Nəşr qeyd edir ki, investorlar əvvəllər bu məqsədlərə xərclənən böyük məbləğlərlə bağlı şübhələrini ifadə etsələr də, süni intellekt və məlumat mərkəzlərinə tələbat gəlir və mənfəətdə əhəmiyyətli artıma səbəb olduğundan, investorlar artıq investisiyaların davamlı gəlirliliyinə həmişəkindən daha çox inanırlar.
Tətbiqimizi yükləyə bilərsiniz