
İranla müharibə ABŞ-yə təxminən 25 milyard dollara başa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun maliyyə nəzarətçisi Jül Herst Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı bildirib.
Onun sözlərinə görə, xərclərin əsas hissəsi sursata xərclənib.
Dinləmələrdə Herstlə yanaşı ABŞ Müdafiə Naziri Pit Heqset də çıxış edib.
O, Tramp administrasiyasının 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsi tələbini müdafiə edərək, bunun təxirəsalınmaz olduğunu bildirib.
Dinləmə İranla müharibə başlayandan bəri Heqsetin Konqresdə ilk ictimai dindirilməsi olub.
Tətbiqimizi yükləyə bilərsiniz