Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gəncə Körpü Tikinti-2” ASC olub.
Qeyd edək ki, İcra Hakimiyyəti Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri üçün “Gəncə Körpü Tikinti-2” ASC-yə 24 milyon 985 min 363 manat 84 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşən “Gəncə Körpü Tikinti-2” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top