
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “Tramp boğazı” adlandırıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib.
Tramp paylaşıma Hörmüz boğazının üzərində “Strait of Trump” yazısı olan şəklini əlavə edib.
Ağ Ev rəhbəri paylaşıma heç bir əlavə şərh verməyib.
İranlılar hələlik şəkilə rəsmi olaraq münasibət bildirməyiblər.
Qeyd edək ki, Tramp daha əvvəl mart ayında Florida ştatının Mayami Biç şəhərində keçirilən “FII Priority” sammitindəki çıxışında Hörmüz boğazını Tramp boğazı adlandırmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz