
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Dağlıq Şirvan iqtisadi rayonunda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu iqtisadi rayonda kreditlər üzrə orta faiz dərəcəsi 20,34% olub.
Ən aşağı faiz dərəcəsi isə paytaxt Bakıda müşahidə olunub – 12,86%.
Ölkə üzrə orta göstərici 14,22% təşkil edib. Bakı iqtisadi rayonunun kredit portfelində böyük paya sahib olması ümumi faiz dərəcələrinin regionlarla müqayisədə aşağı formalaşmasına təsir göstərib.
Digər yüksək faiz dərəcələri Qarabağ (20,02%), Mərkəzi Aran (20,09%), Şirvan-Salyan (19,84%) və Qazax-Tovuz (19,83%) iqtisadi rayonlarında qeydə alınıb. Nisbətən aşağı göstəricilər isə Şərqi Zəngəzur (14,78%) və Naxçıvan (15,38%) iqtisadi rayonlarında müşahidə olunur.
İqtisadi rayonlar üzrə orta kredit faizi aşağıdakı kimi olub:
Bakı iqtisadi rayonu – 12,86%;
Naxçıvan iqtisadi rayonu – 15,38%;
Abşeron-Xızı iqtisadi rayonu – 16,62%;
Dağlıq Şirvan iqtisadi rayonu – 20,34%;
Gəncə-Daşkəsən iqtisadi rayonu – 17,99%;
Qarabağ iqtisadi rayonu – 20,02%;
Qazax-Tovuz iqtisadi rayonu – 19,83%;
Quba-Xaçmaz iqtisadi rayonu – 18,27%;
Lənkəran-Astara iqtisadi rayonu – 19,80%;
Mərkəzi Aran iqtisadi rayonu – 20,09%;
Mil-Muğan iqtisadi rayonu – 19,54%;
Şəki-Zaqatala iqtisadi rayonu – 18,04%;
Şərqi Zəngəzur iqtisadi rayonu – 14,78%;
Şirvan-Salyan iqtisadi rayonu – 19,84%.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz