Dünyada zərgərlik məmulatlarının ən çox satıldığı ölkələr – Siyahı


Ötən il qlobal zərgərlik bazarı təxminən 388,9 milyard dollar həcmində qiymətləndirilib.
Yeniavaz.com
“Statista Market Insights”ə istinadən xəbər verir ki, bu bazarda əsas pay üç böyük iqtisadiyyata məxsusdur – Çin, Hindistan və ABŞ.
Hesabata əsasən, Çin 119,9 milyard dollarlıq gəlirlə lider mövqedədir. Onu 93 milyard dollarla Hindistan, 78,9 milyard dollarla isə ABŞ izləyir. Bu üç ölkə qlobal zərgərlik bazarının əsas hərəkətverici qüvvəsi olaraq qalır.
Qızıl zinət əşyalarına tələbat baxımından Hindistan 430,5 tonla birinci yerdədir. Çin 360,1 tonla ikinci, ABŞ isə 117,3 tonla üçüncü sıradadır. Bununla belə, 2024-cü illə müqayisədə hər üç ölkədə tələb azalıb. Ekspertlər bunu əsasən qızılın qiymətinin artması ilə izah edir.
Adambaşına düşən xərclərə görə isə fərqli sıralama müşahidə olunur. ABŞ bu göstəricidə liderdir – orta hesabla 299,5 dollar. Çində bu rəqəm 83,7 dollar, Böyük Britaniyada 76,98 dollar, Hindistanda isə 63,96 dollar təşkil edir.
Zərgərlik bazarının dövriyyəsinə görə dünyada ilk 10-luqda yer alan ölkələr aşağıdakı kimi olub:
Çin – 119,9 milyard dollar;
Hindistan – 93 milyard dollar;
ABŞ – 78,9 milyard dollar;
Yaponiya – 10,4 milyard dollar;
Böyük Britaniya – 5,3 milyard dollar;
Almaniya – 3,4 milyard dollar;
Fransa – 3,2 milyard dollar;
İndoneziya – 2,3 milyard dollar;
Meksika – 1,9 milyard dollar;
Türkiyə – 1,8 milyard dollar;
Dünya üzrə ümumi bazar – 388,9 milyard dollar.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top