
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Bildirilib ki, söhbət zamanı Putin Qələbə Günü müddətində atəşkəs elan etməyi təklif edib:
“Donald Tramp Rusiyanın bu yaxınlarda elan etdiyi Pasxa atəşkəsini alqışlayıb. Bu baxımdan, Vladimir Putin amerikalı həmkarına Qələbə Günü qeyd etmələri müddətində atəşkəs elan etməyə hazır olduğunu da bildirib. Tramp bu təşəbbüsü fəal şəkildə dəstəkləyib”.
Uşakovun sözlərinə görə, Tramp Putinə Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmanın artıq yaxınlaşdığını deyib.
Ağ Ev hələlik iki prezident arasında telefon danışığını təsdiqləməyib.
Tətbiqimizi yükləyə bilərsiniz