
“ABŞ kəşfiyyatı və Ağ Ev rəsmiləri Donald Trampın İran üzərində qələbə elan etməsi və müharibəyə son qoyması ssenarisini araşdırırlar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, kəşfiyyat ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinin xahişi ilə təhlil aparır və məqsədi İranın Trampın belə bir mümkün hərəkətinə necə reaksiya verəcəyini proqnozlaşdırmaqdır.
Bir neçə rəsmi onu neft və benzin qiymətlərinin artmasına səbəb olan müharibənin qarşıdan gələn aralıq konqres seçkilərində respublikaçılar üçün əhəmiyyətli itkilərə səbəb ola biləcəyinə inandırır.
Mənbə bildirib ki, Tramp İranla bağlı növbəti addımı atmaq barədə yekun qərar verməyib. İranın hərbi və siyasi liderlərinə qarşı yeni hava hücumları da daxil olmaqla, hərbi əməliyyatların daha da şiddətlənməsi də mümkündür.
Lakin, ən iddialı ssenari - quru işğalı - getdikcə daha az ehtimal olunur, çünkü Trampa müharibəni dayandırmaq üçün siyasi təzyiq böyükdür.
Tətbiqimizi yükləyə bilərsiniz