İpək yoluna doğru daha bir addım – ilk dəfə Çindən Londona qatar çatdı

Çinin İu şəhərindən yük dəmiryolu qatarı ilk dəfə Londona çatıb. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, qatar 18 gün ərzində Qazaxıstan, Rusiya, Belarus, Polşa, Almaniya, Belçika və Fransa üzərindən keçib. Onun qət etdiyi ümumi məsafə 12 min kilometri ötüb. London Çinin dəmiryol yük daşımalarını həyata keçirən Avropanın sayca 15-ci şəhəri oldu. Yeni marşrut Çinin “İpək yolunun iqtisadi kəməri” və “XXI əsrin dəniz ipək yolu” layihələrini birləşdirən “bir kəmər – bir yol” təşəbbüsünə xidmət edir.

DİGƏR XƏBƏRLƏR

Top