
“Pari Sen Jermen” (PSJ) klubunun qapıçısı Luka Şevalye yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, Şevalyenin klubla müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Qeyd edək ki, 24 yaşlı Şevalye 2025-ci ilin avqust ayından PSJ-də oynayır.
Bu mövsüm qapıçı Fransa klubunda müxtəlif yarışlarda 26 oyun keçirib, 28 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.
Şevalyenin sonuncu oyunu Fransa çempionatının 19-cu turunda yanvarın 23-də "Oser"ə (1-0) qarşı oyunda baş tutub
O, PSJ ilə Fransa Super Kubokunu və UEFA Super Kubokunu qazanıb.
Xatırladaq ki, PSJ Fransa çempionatının turnir cədvəlində 30 oyundan 69 xalla birinci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz