
ABŞ Prezidenti Donald Tramp İranı yenidən hədələyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social”dakı səhifəsində paylaşım edib.
“İran özünü ələ ala bilmir. Onlar nüvəsizləşdirmə sazişini necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllarını başlarına yığsalar, yaxşı olar”, - ABŞ lideri bildirib.
Bununla yanaşı, Tramp bu paylaşıma əlində ağır silah olan və “Artıq cənab yaxşı oğlan yoxdur” ifadəsi yer alan şəklini əlavə edib.
Süni intellek tərəfindən hazırlanan şəkildə Tramp raket partlayışları fonunda qara rəngli kostyum geyinib və qara rəngli günəş eynəyi taxıb.
Tətbiqimizi yükləyə bilərsiniz