“OpenAI” və “Microsoft” eksklüziv tərəfdaşlıq müqaviləsini sona çatdırıb – Nə baş verəcək?


“OpenAI” və “Microsoft” eksklüziv tərəfdaşlıq və gəlir paylaşımı müqaviləsinin sona çatdığını açıqlayıb.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, yeni razılaşmaya görə, “OpenAI” artıq öz süni intellekt məhsullarını istənilən şirkətə və bulud platformasına təqdim edə biləcək.
Bu isə o deməkdir ki, şirkət “Microsoft”un rəqibləri ilə də əməkdaşlıq edə bilər.
Bu dəyişiklik əvvəlki strategiyanı ciddi şəkildə dəyişir. Əvvəllər “Microsoft” bu tərəfdaşlıq sayəsində süni intellekt sahəsində güclü mövqe əldə etmişdi, “OpenAI” isə geniş texniki resurslara çıxış qazanmışdı.
Yeni şərtlərə əsasən, “Microsoft” artıq süni intellekt gəlirlərinin bir hissəsini “OpenAI”a ödəməyəcək. “OpenAI”ın “Microsoft”a olan borcu isə müəyyən limitlə məhdudlaşdırılacaq və borc tam ödənəndən sonra əlavə ödənişlər dayandırılacaq.
Razılaşma əvvəlki kommersiya şərtlərini də yeniləyir. Belə ki, tərəfdaşlıq daha az eksklüziv olacaq və “OpenAI” digər şirkətlərlə də sərbəst işləyə biləcək.
Eksklüziv tərəfdaşlığın bitməsi bazara da təsir edib. Açıqlamadan sonra “Microsoft”un səhmləri təxminən 1% ucuzlaşıb.
Məlumat üçün bildirək ki, “OpenAI” 2026-cı ilin mart ayında maliyyələşdirmə raundunda 122 milyard dollar vəsait toplayıb ki, bu da özəl texnologiya şirkətləri üçün rekord sayılır. Bunun nəticəsində şirkətin bazar dəyəri 852 milyard dollara yüksəlib. Proqnozlara görə, “OpenAI” bu il səhm satışından 1 trilyon dollar toplayacaq.
Ekspertlər bildirirlər ki, “OpenAI” və “Microsoft” arasında eksklüziv tərəfdaşlıq müqaviləsini sona çatması bu sahədə rəqabəti artıracaq və bu da süni intellekt məhsullarının qiymətlərinin ucuzlaşmasına səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

Top