Uşağı sakitləşdirmək üçün verilən telefon onda disrequlyasiyaya səbəb olur


Azyaşlı uşaqları sakitləşdirmək üçün smartfon və planşetlərdən tez-tez istifadə edilməsi gələcəkdə emosional problemlərin yaranmasına səbəb ola bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “JAMA Pediatrics” jurnalında dərc olunan məqalədə qeyd olunub.
Tədqiqatda 3-5 yaş arası 422 uşaq və onların valideynləri iştirak ediblər. Tədqiqatçılar valideynlərin uşaqları sakitləşdirmək üçün telefon və planşet kimi cihazlardan nə qədər tez-tez istifadə etdiyini və bunun altı ay ərzində uşaqların emosional vəziyyətinə necə təsir göstərdiyini araşdırıblar.
Nəticələr göstərib ki, cihazlardan tez-tez sakitləşdirici vasitə kimi istifadə, xüsusilə oğlan uşaqlarında emosional disrequlyasiyanın artması ilə əlaqəlidir. Bu cür pozuntulara əhvalın sürətli dəyişməsi, ani qəzəb partlayışları, impulsiv davranış və kədər ilə həyəcan arasında kəskin keçidlər daxildir.
Araşdırmanın müəlliflərindən olan pediatr Cenni Radeski bildirib ki, mobil cihazlar uşağı müvəqqəti sakitləşdirsə də, emosiyaların idarə olunması bacarığını öyrətmir. Bu bacarıqların erkən yaşda formalaşmaması isə uşaqların gələcəkdə məktəbdə və sosial mühitdə daha çox çətinlik yaşamasına səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top