Sığorta yığımlarının 73%-i bir, 83%-i isə iki şirkətin payına düşüb – Tam siyahı


Bu ilin yanvar–mart aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 417,8 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqqının ən böyük hissəsi “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb.
Bu iki şirkət birlikdə 304 milyon manat sığorta haqqı toplayıb ki, bu da yığılan ümumi sığorta haqlarının 72,7%-dən çoxuna bərabərdir.
Sığorta bazarında növbəti ən böyük pay sahibi “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta” şirkətləri olub. Bu şirkət 3 ay ərzində 42,8 milyon manat sığorta haqqı toplayıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, yığılan ümumi sığorta haqlarının 83%-i (346,8 milyon manat) 2 şirkətin – “Paşa”  və “Atəşgah”ın payına düşüb.
Ən az sığorta haqqı toplyan sığorta şirkəti isə “AtaSığorta” olub. Bu şirkət 3 ay ərzində cəmi 2 min manat sığorta haqqı toplaya bilib.
Bu ilin yanvar–mart aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub:
“PAŞA Həyat Sığorta” – 181,6 milyon manat;
“PAŞA Sığorta” – 122,3 milyon manat;
“Atəşgah Həyat Sığorta” – 29,6 milyon manat;
“Atəşgah Sığorta” – 13,3 milyon manat;
“Qala Sığorta” – 13,4 milyon manat;
“Aqrar Sığorta” – 11,3 milyon manat;
“Azərbaycan Sənaye Sığorta” – 9,1 milyon manat;
“Xalq Sığorta” – 7,3 milyon manat;
“Meqa Sığorta” – 7,2 milyon manat;
“Qala Həyat Sığorta” – 6,6 milyon manat;
“Meqa Həyat Sığorta” – 6,6 milyon manat;
“A-Qroup Sığorta” – 4 milyon manat;
“Xalq Həyat Sığorta” – 3 milyon manat;
“AzSığorta” – 1,9 milyon manat;
“İpək Yolu Sığorta” – 0,5 milyon manat;
“AtaSığorta” – 0,002 milyon manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top