
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) 77-ci Konqresi 2027-ci ildə Mərakeşdə keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RMC Sport” telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, konqres zamanı FIFA-nın prezident seçkiləri baş tutacaq.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə isə seçki dövrü aprelin 30-dan başlayacaq.
Qeyd edək ki, italiyalı FIFA prezidenti Canni İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə seçilib. O, təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən isveçrəli prezident Yozef Blatterin yerinə keçib. İnfantino 2019 və 2023-cü illərdə rəqibsiz yenidən seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz