Bu il bank işçilərinin sayı azalıb


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 27 min 241 nəfər işçi çalışıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 3 ayı ərzində bank işçilərinin sayı 0,5% və ya 148 nəfər azalıb.
Qeyd edək ki, son 3 ay ərzində ölkədə bank filiallarının sayı 502-dən 505-ə yüksəlib, bank şöbələrinin sayı isə 87-dən 85-ə düşüb.
Onu da bildirək ki, banklara məxsus ATM-lərin sayı son 3 ayda 3 486-dan 3 586-ya yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top