
“Tramp National Doral” qolf kurortunda ABŞ Prezidenti Donald Trampın qızıl suyuna çəkilmiş heykəli qoyulub.
Yenuavaz.com xəbər verir ki, bu barədə “Golfweek” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, rəssam Alan Kottrill tərəfindən hazırlanan heykəl, 2024-cü ildə sui-qəsd cəhdindən sonra ABŞ prezidentini təsvir edir.
Heykəlin hündürlüyü postamentlə birlikdə 6,7 metr, postamentsiz isə 4,5 metrdir.
Qeyd edək ki, Tramp qolfa olan sevgisi ilə tanınır. Mart ayında “HuffPost” portalı xəbər vermişdi ki, Amerika liderinin Floridadakı qolf meydançalarında keçirdiyi asudə vaxt 20 yanvarda Ağ Evə qayıtdıqdan bəri Amerika vergi ödəyicilərinə 18 milyon dollardan çox başa gəlib. Yüksək xərclər meydançaların böyük ölçüsü ilə bağlıdır və bu sahələrin təhlükəsizliyini təmin etmək üçün ABŞ Sahil Mühafizəsi gəmilərinin və xeyli sayda hüquq-mühafizə orqanı işçilərinin cəlb edilməsi tələb olunur. Nəşrin qeyd etdiyi kimi, birinci səlahiyyət müddəti ərzində Amerika liderinin qolf oyunlarının təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz