
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, təyyarə artıq İrəvanın aeroportunda eniş edib.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.
***11:11
Azərbaycan nümayəndə heyəti Bakıdan İrəvana gedib.
Mülki Aviasiya Komitəsi məlumatı “Sputnik Ermənistan”a təsdiqləyib.
Bildirilir ki, “Zvartnots” hava limanında AZAL (Azərbaycan Hava Yolları) təyyarəsi görüntülənib.
Fotonu “Kanal Five” yayıb.
Nümayəndə heyətinin tərkibi isə açıqlanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz