
Yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilən Məzahir Pənahov haqqında yazılanlara münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Məzahir Pənahov Manset.az-a açıqlamasında MSK sədri seçilməsinin onun üçün böyük məsuliyyət olduğunu deyib.
“Yenidən böyük etimad göstərilib. Çalışacağam ki, bu etimadı doğruldum. Mənim haqqımda da yazırlar. Sağ olsunlar. Onlara heç nə deməyəcəyəm. Yazılanlar məni daha da güclü edir. Mən daha da yaxşı işləyəcəyəm”, - M.Pənahov əlavə edib.
Qeyd edək ki, 75 yaşlı M.Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədridir.
Tətbiqimizi yükləyə bilərsiniz