
Fransanın “Pari Sen Jermen” (PSJ) və Almaniyanın “Bayern Münxen” komandaları Çempionlar Liqasının yarımfinal oyunlarında yeni qol rekordu vurublar.
Yeniavaz.com “Opta Sports”a istinadla xəbər verir ki, Parisdə keçirilən oyun ev sahiblərinin 5-4 hesablı qələbəsi ilə başa çatıb.
Portalın məlumatına görə, Çempionlar Liqasının yarımfinal oyunları tarixində ilk dəfə olaraq matçın ilk hissəsində beş qol vurulub .
Belə ki, ilk 45 dəqiqədən sonra hesab 3-2 PSJ-nin xeyrinə olub.
Digər tərəfdən, “Bavariya” 1994/95 mövsümündən bəri ilk dəfə Avropa yarışlarında beş qol buraxıb. Həmin mövsüm Münhen klubu Çempionlar Liqasının yarımfinalında Hollandiyanın “Ayaks” komandasına 5-2 hesabı ilə uduzub.
Qeyd edək ki, cavab matçı mayın 6-da Almaniyada keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.
Tətbiqimizi yükləyə bilərsiniz