
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “See Breeze Construction” MMC (VÖEN – 1805867851) olub.
Müqavilənin şərtlərinə görə, “See Breeze Construction” MMC Qubadlı şəhərində yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərini həyata keçirəcək və qarşılığında 34 milyon 412 min 372 manat 80 qəpik alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan “See Breeze Construction” MMC 26 may 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nardaran ŞTQ, Nardaran-Ləhiş yolu, ev 32A, m. 300 M SAĞ”da yerləşən MMC-nin qanuni təmsilçisi Rzayev Elbəy Azər oğludur. Şirkət dövlət qeydiyyatına alınan zaman adı “Sea Breeze Desıgn” MMC olub.
Məlumat üçün qeyd edək ki, hazırda Nardaran qəsəbəsində və “Ləhiş bağları” deyilən ərazidə Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarova məxsus “Sea Breeze” adlı istirahət mərkəzi və yaşayış kompleksi yerləşir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz