
Rusiyanın Səhiyyə Nazirliyi ölkə televiziyasında kolbasa məmulatların, qazlı içkilərin və şokolad batonların reklam nümayişinin müddətini məhdudlaşdırmağı təklif edir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilədək sağlam həyat tərzinin formalaşdırılması üzrə strategiyanın reallaşdırılması çərçivəsində nəzərdə tutulub. Bundan başqa, şirin qazlı içkilərə, fast-fudlara, şokolad botonlarına, eləcə də yağ və şəkərin bol olduğu digər konditer məmulatlarına qarşı aksizlərin tətbiq edilməsi təklif edilir. Sənədi hazırlayanların fikrincə, bu və digər tədbirlər qeyri-infeksiya xəstəliklərdən ölüm hallarının sayını xeyli azaltmağa imkan verəcək.
Tətbiqimizi yükləyə bilərsiniz