
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində alman nəhəngi “Bayern Münxen” Parisdə PSJ-nin qonağı olub.
Yeniavaz.com xəbər verir ki, 9 qolun vurulduğu matçdan meydan sahibləri qalib ayrılıblar.
Luiş Enrikenin yetirmələri rəqiblərini 5:4 hesabı ilə üstələyiblər.
PSJ-nin qollarını Xviça Kvaratsxeliya (dubl), Xuan Neveş, Usman Dembele (dubl), “Bavariya”nın qollarını isə Harri Keyn, Maykl Olise, Dayo Upamekano və Luiz Dias vurub.
Cavab görüşü mayın 6-da baş tutacaq.
Qeyd edək ki, yarımfinalın digər matçı bu gün İspaniyada “Atletiko” və “Arsenal” klubları arasında baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz