
Bir neçə ölkədəki istifadəçilər “X” ilə bağlı problemlərdən şikayətlənirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.
Bildirilib ki, ABŞ-də təxminən 12 min insan problem barədə məlumat verib. İstifadəçilərin 40 faizi tətbiqdən şikayətlənir, problemləri bildirənlərin 27%-i mesaj lentinə baxmaqda çətinlik çəkir, 23%-i isə veb saytın işləməməsi ilə bağlı problemlər barədə məlumat verir.
Xidmət həmçinin Böyük Britaniyada (3500), Kanadada (1300), Almaniyada (1100) və digər ölkələrdə də işləməmə ilə bağlı problemlər barədə məlumat verir.
Tətbiqimizi yükləyə bilərsiniz