Tramp Mertsi tənqid etdi


ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkə hesabında yazıb.
“Almaniya kansleri Fridrix Merts İranın nüvə silahına sahib olmasının məqbul olduğunu düşünür. O, nədən danışdığını bilmir!”, - prezident bildirib.
Tramp yazıb ki, əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi:
“Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu tədbirlər görürəm. Almaniyanın iqtisadi və digər cəhətdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!”

DİGƏR XƏBƏRLƏR

Top