Rus və türk qırıcıları Əl-Babda birgə hava əməliyyatı keçirir

Rusiyanın Hava Kosmik Qüvvələri (HKQ) və Türkiyənin Hərbi Hava Qüvvələri Hələb vilayətinin Əl-Bab yaşayış məntəqəsinin ətrafında İŞİD terror qruplaşmasına qarşı ilk birgə hava əməliyyatı aparırlar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahın Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy deyib. Onun sözlərinə görə, Suriya tərəfi ilə razılaşdırılmış hava əməliyyatına Rusiya HKQ-nin 9 ədəd zərbəçi təyyarəsi, 4 ədəd Su-24m, 4 ədəd Su-25 qırıcısı və 1 ədəd Su-34 bombardmançı təyyarə cəlb edilib: “Türkiyə tərəfdən isə 4 ədəd F-16 və 4 ədəd F-4 qırıcıları cəlb edilib. Ümumilikdə 36 obyekt məhv edilir”.

DİGƏR XƏBƏRLƏR

Top