
“Sportico” portalı 2026-cı il üçün dünyanın ən bahalı futbol klublarının yenilənmiş reytinqini dərc edib.
Yeniavaz.com xəbər verir ki, siyahı klubların ictimaiyyətə açıq maliyyə hesabatları, “Deloitte”ın (xüsusilə də, “Football Money League” daxil olmaqla) tədqiqat məlumatları, futbol maliyyə mütəxəssislərinin təhlili və nəşrin öz hesablamaları əsasında tərtib edilib.
Klub gəlirləri üç əsas sahə üzrə qiymətləndirilib: televiziya hüquqları, kommersiya fəaliyyətləri və oyun günü.
MLS-dən ilk 50-liyə ən çox klub daxil olsa da (18 klub), heç biri ilk 10-luğa düşə bilməyib.
Siyahıya 7,7 milyard dollarla “Real Madrid” başçılıq edir. İkinci yeri 6,65 milyard dollarla “Barselona” tutur. İlk üçlüyü 6,47 milyard dollarla “Mançester Yunayted” tamamlayıb.
Qeyd edək ki, ilk 10 yerdən altısını Premyer Liqa klubları tutub.
Dünyanın ən bahalı 10 klubunu təqdim edirik:
1. “Real Madrid” - 7,7 milyard dollar.
2. “Barselona” - 6,65 milyard dollar.
3. “Mançester Yunayted” - 6,47 milyard dollar.
4. “Bavariya” - 5,78 milyard dollar.
5. “Liverpul” - 5,74 milyard dollar.
6. “Mançester Siti” - 5,7 milyard dollar.
7. “Arsenal” - 5,43 milyard dollar.
8. PSJ - 5 milyard dollar.
9. “Çelsi” - 4 milyard dollar
10. “Tottenhem” - 3,5 milyard dollar.
Tətbiqimizi yükləyə bilərsiniz